“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi yekunlaşıb | FOTOLAR
Pitçinq mərhələsinin nəticələrinə əsasən aşağıdakı film layihələri 2026-ci il üzrə dövlət sifarişi ilə istehsal üçün seçilib:
Türkmənçay — “Şahdağ Film” MMC, rejissor Elxan Cəfərov
“Rəqqa” — “Rakurs Film-Media” MMC, rejissor İsmayıl Səfərəli
“Mən, Lalə, bir də o” — İctimai Televiziya və Radio Yayımları Şirkəti, rejissor Rüfət Şahbazov
Seçilmiş layihələr Azərbaycan kino sənayesinin inkişafına yönəlmiş yaradıcı yanaşmaları, aktual mövzuları və müxtəlif bədii həll yollarını özündə əks etdirir.
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi milli kino istehsalının sistemli şəkildə dəstəklənməsi, yaradıcı mühitin stimullaşdırılması və keyfiyyətli film layihələrinin həyata keçirilməsinə şərait yaradılması məqsədini daşıyır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


